Göstər bütün 8 nəticələri
-
2.50 ₼
Qiymət 1 ədəd üçün qeyd olunub.
Banan (kəsmikli) – Hamımızın uşaqlığımızdan qalan, anamızın çayla içməyə bişirdiyi çox sadə, sadə olduğu qədər də dadlı şirniyyat barədə xatirəmiz var. Bütün evi bu şirniyyatın ətri bürüyür və bütün ailə masa ətrafında toplaşırdı. Bu dad, bu ətir bizi – artıq böyümüş uşaqları ömrümüz boyu müşayiət edir. Uşaqlarınızı öz uşaqlığınızın bu sevimli deserti – kəsmikli bananla sevindirin!
-
2.00 ₼
Qiymət 1 ədəd üçün qeyd olunub.
Bulka (kişmişli) – Şirin, dadlı, yupyumşaq və qu tükü kimi yüngül olan KİŞMİŞLİ BULKALAR elə ağızdaca əriyirlər! Doğmalarınızı ev şirniyyatları ilə sevindirin!
-
-
2.00 ₼
Qiymət 1 ədəd üçün qeyd olunub.
Lənkəran patlaması – Lənkəran rayonunda geniş yayılmış çox dadlı şirniyyat. Bişiriləndə içlik xəmiri yarıb azca üzə çıxır, elə buna görə də bu şirniyyatı “vulkan” adlandırırlar. Çox dadlı və doyurucu şirniyyat alınır. Patlama əsasən Növruz bayramı günlərində lənkəranlıların süfrəsini bəzəyir.
-
-
3.00 ₼
Qiymət 1 ədəd üçün qeyd olunub.
Tartaletka bayram qəlyanaltısı. Furşet üçün də idealdır. İlk tartaletkaları hələ qədim Romada ziyafətlər zamanı süfrəyə verirmişlər. Tartletka sözünün özü isə fransız mənşəlidir, daha dəqiq desək TARTELETTE sözündəndir, mənası kiçik tort deməkdir.
-
2.00 ₼
Qiymət 1 ədəd üçün qeyd olunub.
Vatruşka – Xalq arasında ən məşhir şirniyyatlardan biri olan yupyumru vatruşka – bu, kəsmikdən içliyi olan açıq yumru kökədir. Bişirməzdən əvvəl vatruşkanın üzərinə yumurta sarısı və kərə yağından ibarər qarışıq çəkilir ki, o, təkcə yupyumru deyil, həm də qırmızıyanaq olsun. Dadlı və ətirli! Dadmamaq mümkün deyil!
-