About Us

HIL VIP History

HIL VIP – 2013-cü ildə yaradılmış. “Lüks” sinifli Milli şirniyyat butikidir.

Hazırda texnoloqlarımızın zəngin təcrübəsi sizləri ən yüksək keyfiyyətli məhsullarımızla, peşəkar səviyyəli xidmətimizlə, ən əsası isə hər müştəriyə fərdi münasibətimizlə sevindirməyə imkan verir.

Məqsədimiz – Azərbaycan mətbəxinin özünəməxsusluğunu və etibarlılığını qoruyub saxlamaq, həmçinin milli şirniyyatların ənənəvi hazırlanma texnologiyasını dəstəkləməkdir. Məhz bu səbəbdən, biz, texnoloqlarımızın daxili nəzarətindən keçmiş, yalnız təbii inqrediyentlərdən istifadə edirik.

HIL VIP – Keyfiyyət. Ənənə. Təcrübə.

MƏTBƏX

Məhsulun yüksək keyfiyyəti bizim prioritetimizdir!

Biz keyfiyyətə qənaət etmirik və buna kimyəvi dad gücləndiricilərindən və konservantlardan istifadə etmədən, ən yaxşı təbii inqrediyentlərlə, həmçinin təhlükəsizliyin və məhsulların yüksək keyfiyyətinin təmin olunması üçün istehsalat prosesi boyu ciddi keyfiyyətə nəzarəti həyata keçirməklə nail oluruq.

Həm də əlbəttə ki, texnoloqlarımızın yaxşı əhval-ruhiyyəsi və bizim mətbəximizə hakim kəsilən dostluq ab-havası dada zəmanət verir!

Çeşidlər

HIL VIP bizim zəngin təbiətə malik ölkəmizin bütün bölgələrini əhatə edən geniş çeşidləri, hədiyyə dəstlərini, həmçinin ən tələbkar müştərinin zövqünü oxşayan nəfis xonçaları təqdim edir.

founder

Rəna Axundova

Təsisçi

X