Şəkərotu Haqqında

ŞƏKƏROTU (STEVİA)— təbii şəkər əvəzedicisidir. Şəkərotu sizin rasionunuza kalori əlavə etmir, amma, digər şəkər əvəzedicilərindən fərqli olaraq bitki mənşəli olması ilə öyünə bilir(Bu Şimali Amerikada bitən otdur). 

Şəkərotunun faydalı xüsusiyyətləri 20-ci əsrdə öyrənilmişdir. Şəkəri təhlükəsiz əvəz etməsindən savayı, orqanizmə böyük fayda verir, onun təbii müalicəvi xüsusiyyətləri nadir və çoxşahəlidir. O qanda şəkərin, xolesterinin səviyyəsini aşağı salır, insulin hüceyrələrini bərpa edir, mübadilə proseslərini yaxşılaşdırır.  

Ona görə də şəkərotu əlavəli məhsullar xüsusilə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar arasında məşhurlaşmış, həkimlərin göstərişlərində pəhriz qidası kimi verilməkdədir. 

Bu təbii şəkər əvəzedicisi sevimli şirnilərdən imtina etməməyə imkan verməklə yanaşı, səhhətimizə fayda gətirir. 

HilVipöz alıcılarına şəkərotu əsasında hazırlanmış geniş pəhriz şirniyyatı seçimi təklif edə bilər.

Şəkərotundan hazırlanmış desertlər sağlamlıq üçün zərərsizdir, ona görə də həm diabet xəstələri, həm uşaqlar, pəhrizdə oturan insanlar, idmançılar tərəfindən böyük həvəslə istifadə edilə bilər. Şəkərotu sağlam qidalanmanın qayğısına qalanlara kömək edər, ruh yüksəkliyini, gözəlliyi, xoş əhval-ruhiyyəni uzun illər qoruyub saxlamağa şərait yaradar.